• çərşənbə axşamı, 23 aprel, 18:15
  • Baku Bakı 20°C

Hər ikisini özləri hədiyyə edib

26.04.18 11:30 792
Hər ikisini özləri hədiyyə edib
"Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında "Real”la keçirilən ilk oyundan (1:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Haynkes "Real”a qolları hədiyyə etdiklərini deyib. O, iki futbolçularının zədələnməsinin də oyunlarına təsir etdiyini vurğulayıb:
"Biz hər iki qolu onlara hədiyyə etdik. Ancaq özümüz də xeyli imkan yaratdıq, amma yararlana bilmədik.
Nə çatmadı? İkinci qolu vura bilmədik, Robbenlə Boatenqin zədələnməsi isə bizə böyük problem yaratdı.
Fasilə ərəfəsində olduqca axmaq qol buraxdıq. Ancaq əlimizi yanımıza salmırıq. Qarşıda daha bir 90 dəqiqə var”.
banner

Oxşar Xəbərlər