• cümə, 26 Aprel, 17:56
  • Baku Bakı 23°C

"Hər bir şəxs dövlət hakimiyyət orqanlarının tələblərinə ciddi riayət etməlidir"

24.03.20 23:30 694
"Hər bir şəxs dövlət hakimiyyət orqanlarının tələblərinə ciddi riayət etməlidir"
Musa Qasımlı: "Məsuliyyətsiz hərəkətlərinizlə hakimiyyət orqanlarına, özünüzə və millətə problem yaratmayın"
"Milyonlarla insanın edə bilmədiyini gözlə görünməyən koronavirus edir. Artıq dünyanın əvvəlki kimi olmayacağı indidən məlumdur. Yeni dünya yaranır. Baş verənlərə "Koronavirus inqilabı”, "Koronovirus qırğını” və ya "Koronovirus müharibəsi” də demək olar. Məqsədim əlbəttə, bu deyildir. Məni heyrətləndirən bəzi şəxslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etmədən Bakı küçələrində məsuliyyətsiz, "eh” deyib əl yelləyərək danışmaları, uşaqsayağıdavranışlarıdır".
Bu barədə millət vəkili Musa Qasımlı "Facebook" profilində yazıb.
O qeyd edilən şəxslərin uşaq olmamasına, 65-dən yuxarı yaşlarının olmasına diqqət çəkib.Xatırladıb ki, müalicə üçün insanların bəzilərinin ümidlə getdiyi Avropa və İran səhiyyəsi virusun qarşısında aciz qalıb: "İnsanlar qarışqa kimi qırılır, tabut da çatışmır. Dərs almaq üçün yetərli faktlar deyilmi? Bizdə isə dövlətimiz özündən asılı olan hər şeyi edir. Bəs insanlarımız necə? İndi lağ-lağa zamanı deyildir. Ölkəmizdə yaşayan hər bir şəxs dövlət hakimiyyət orqanlarının tələblərinə ciddi riayət etməlidir. Məsuliyyətsiz hərəkətlərinizlə hakimiyyət orqanlarına, özünüzə və millətə problem yaratmayın. Unutmayın ki, biz güclü dövlət hakimiyyətinin olduğu ölkədə yaşayırıq.
Alpər TURAN

banner

Oxşar Xəbərlər