• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

Hər bir əkilən ağac əlavə oksigen mənbəyi deməkdir

17.10.19 10:22 750
Hər bir əkilən ağac əlavə oksigen mənbəyi deməkdir
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili” elan edilib.
İndiyə qədər "Nəsimi ili” ilə bağlı fərqli istiqamətlərdə müxtəlif tədbirlər keçirilib.
Belə tədbirlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsüdür.
Bu fikriAZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov deyib. O bildirib ki, bu təşəbbüs digər təşkilatlar kimi AMEA-nın Neft və Qaz İnstitutunun əməkdaşları tərəfindən də yüksək səviyyədə dəstəklənir. Belə ki, son illərdə respublikamızda təbiətin qorunmasına və onun mühafizə olunması məsələsinə böyük diqqət yetirilir. Ətraf aləm adlandırdığımız bu təbiətin qorunması həm də öz gələcəyimizin qorunması deməkdir.
"Hər bir əkilən və bəslənən ağac həmin ərazidə əlavə oksigen mənbəyi deməkdir. İqlim dəyişmələrinə mənfi təsir göstərən karbon qazının atmosferdə konsentrasiyasının azaldılmasında yaşıllıqların müstəsna rolu var. Hazırda respublikamızda il ərzində atmosferə sənaye, energetika və kənd təsərrüfatından 46 milyon ton karbon qazı atılır, onun 5,5 milyon tonu mövcud meşə zolaqları və yaşıllıqlar tərəfindən udularaq kompensasiya edilir. Ağacların sənaye və energetika obyektlərinin yaxınlığında və ətrafında əkilməsi havanın təmizlənməsinə xüsusi töhfə verəcək. Bu xoşməramlı təşəbbüs ətraf mühitin qorunmasında çox müsbət nəticə verəcək və institutumuzun əməkdaşları da aksiyaya həvəslə qoşulacaqlar”, - deyə Fəxrəddin Kərimov qeyd edib.
banner

Oxşar Xəbərlər