AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Hər ay bir gün” adlı növbəti aksiya

“Hər ay bir gün” adlı növbəti aksiya

Cəmiyyət
24 Oktyabr 2016, 14:53 657
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində "Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçiriblər.
Birliyin sədri Sevinc Əzimbəylinin saytımıza verdiyi məlumata görə, bu aksiya davamlı olaraq "Yeni Üfüq”-ün gəncləri tərəfindən reallaşdırılır: 

"Gənclər bu aksiyanı təkcə Şəhidlər Xiyabanında keçirməklə kifayətlənmir. Onlar "Hər ay bir gün” adlı aksiyanı ayda bir dəfə olmaqla, millətimizin qəhrəman şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini, həmçinin bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirirlər. Gənclərimiz cəmiyyətin, ən azı həmin binada yaşayan insanların milli qürurumuz olan qəhrəman şəhid övladlarına münasibətdə biganə olmadıqlarını nümayiş etdirirlər”.
S.Əzimbəylinin sözlərinə görə, bu kampaniyanın əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir.