• cümə, 29 Mart, 12:13
  • Baku Bakı 14°C

Həndbol üzrə qadınların baş məşqçisi: Rəqiblərimiz güclüdür

23.07.19 17:10 20141
Həndbol üzrə qadınların baş məşqçisi: Rəqiblərimiz güclüdür
Biz sonuncu dünya çempionatının iştirakçısı ilə qarşılaşdıq. Belə komandalar ilə rəqabət aparmaq bizim üçün çətindir. Qrupumuzda yer alan bütün rəqiblər bizdən hər bir cəhətdən üstündür. Düşünürəm ki, belə oyunlar bizi komanda kimi gələcəkdə yetişdirəcək.
Bu fikri həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Georgi VolkovAZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: "Həm İsveçrə, həm də Macarıstan milliləri bizdən güclüdür. Qarşıda bizi bir oyun da gözləyir. Qalib gəlmək üçün var qüvvəmizlə çalışacağıq. Bizə yaradılan şərait üçün minnətdarlığımızı bildiririk. Çünki bu, komandamız üçün böyük təcrübədir”.
Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində iki qrupda səkkiz komanda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıb.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.
banner

Oxşar Xəbərlər