• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

Həmyerliləri ona təklif göndərməyiblər

31.01.19 16:20 582
Həmyerliləri ona təklif göndərməyiblər
"Çelsi”dən istefaya göndəriləndən sonra hələ də işsiz olan Antonio Konte mətbuata açıqlama verib.
Kaspi.az xəbər verir ki, Konte "Atalanata” – "Yuventus” oyununu (3:0) izləmək üçün stadiona gəlib. O, İtaliya klublarından heç bir təklif almadığını bildirib:
"Mən qaydasındayam, hər şey yaxşıdır. Əlbəttə, məşqçi işi üçün darıxıram. Ancaq hesab edirəm ki, hələ bir qədər də istirahətə ehtiyacım var.
Ona görə də, mövsümün sonuna qədər istirahət etməyi düşünürəm. İtaliya klublarından heç bir təklif almamışam”.
Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, Konte "İnter”də çalışa bilər.
banner

Oxşar Xəbərlər