• cümə axşamı, 25 aprel, 18:22
  • Baku Bakı 21°C

Həmsədrlər XİN rəhbərlərinin görüşü barədə bəyanat yayıb

19.01.18 09:10 579
Həmsədrlər XİN rəhbərlərinin görüşü barədə bəyanat yayıb
ATƏTMinsk Qrupunun həmsədrləri yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistanın XİN rəhbərləriElmar Məmmədyarovvə Edvard Nalbandyan arasında keçirilmiş görüş barədə bəyanat yayıb.
APA-nın xəbərinə görə, bəyanatda bildirilir:
"Nazirlər və həmsədrlərDağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə əvvəlki sammitlərdə əldə edilmiş razılaşmaların icrasının dəstəklənməsi üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləriATƏTsədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar.
Görüşlər zamanı tərəflər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi apardılar. Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.
Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasınıdavam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərinibildiriblər.
Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar”.
Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarovvə Edvard Nalbandyan arasında görüş keçirilib. GörüşdəATƏT-in Minsk Qrupunun həmsədrləri,ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. Daha əvvəl E.Məmmədyarov həmsədrlərlə görüşüb.
banner

Oxşar Xəbərlər