• cümə, 19 Aprel, 07:37
  • Baku Bakı 13°C

Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar

12.07.18 17:14 331
Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri -Elmar MəmmədyarovvəZöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

APA-nınATƏT-in rəsmi saytına istinadən verdiyixəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.

Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflərgələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidənATƏThəmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

Həmsədrlər gərginliyin azaldılmasınınvacibliyini vurğulayaraqtərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.
banner

Oxşar Xəbərlər