• çərşənbə axşamı, 16 aprel, 10:19
  • Baku Bakı 14°C

Həmsədrlər və ATƏT-in sədri görüşüblər

14.01.14 18:32 1112
Həmsədrlər və ATƏT-in sədri görüşüblər
Bu gün Bern şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ATƏT-in fəaliyyətdə olan sədri İşveçrənin xarici işlər naziri Didye Burkhalter arasında görüş keçirilib.
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə İsveçrənin 2014-cü ilə dair əməkdaşlıq məsələləri müzakirə olunub.
D. Burkhalter həmsədrlərin vasitəçilik rolunu yüksək qiymətləndirib.
Vasitəçilər və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik eyni zamanda İsveçrə xarici işlər departamentinin dövlət katibi İv Rosye ilə görüş keçiriblər. Onlar ölkənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
banner

Oxşar Xəbərlər