• çərşənbə, 24 Aprel, 07:08
  • Baku Bakı 13°C

Həmsədrlər Suriya ermənilərinin Qarabağa yerləşdirilməsi məsələsini BMT-də qaldırıblar

04.02.14 17:32 1387
Həmsədrlər Suriya ermənilərinin Qarabağa yerləşdirilməsi məsələsini BMT-də qaldırıblar
ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə görüşdə Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi haqqında məsələ qaldırıblar.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, suriyalı qaçqınlar dünyanın bütün ölkələrində məskunlaşırlar: “Doğrusu, biz suriyalı qaçqınların Dağlıq Qarabağa yerləşdirilməsi haqqında faktlara malik deyilik. Həmsədrlər bu məsələni BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı ilə görüşdə qaldırıblar. Hesab edirəm ki, UNHCR informasiya və fakt toplamaq prosesindədir”.
Qeyd edək ki, Suriyada münaqişə başlayandan bəri Ermənistan mətbuatında Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi haqqında informasiyalar dərc olunur. Azərbaycan məsələ ilə bağlı narahatlığını ifadə edib.
banner

Oxşar Xəbərlər