• çərşənbə axşamı, 23 aprel, 10:05
  • Baku Bakı 20°C

Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkil edilməsini nəzərdən keçirirlər

03.08.16 16:33 961
Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkil edilməsini nəzərdən keçirirlər
"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər".

APA-nın xəbərinə görə, bunu "Ria Novosti” agentliyinəATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikbildirib.C. Uorlik qeyd edib ki, davamlı sülhün əldə edilməsinin yoludanışıqlar prosesindən keçir.Onun sözlərinə görə, heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz.

"Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” - deyə, C. Uorlik qeyd edib.
banner

Oxşar Xəbərlər