• cümə axşamı, 28 mart, 15:28
  • Baku Bakı 16°C

Həmsədrlər gələn ay regiona səfər edəcəklər

17.05.18 19:39 384
Həmsədrlər gələn ay regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

"Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər", - deyə o vurğulayıb.

Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziriElmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər. Lakin görüşün yeri açıqlanmamışdı.

Ehtimal olunur ki, vasitəçilər iyunda Ermənistanla yanaşı, Azərbaycana da səfər edəcəklər.
banner

Oxşar Xəbərlər