• cümə, 19 Aprel, 12:03
  • Baku Bakı 25°C

Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

01.02.18 20:30 615
Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

Diplomatik mənbə APA-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

GörüşlərdəDağlıq Qarabağmünaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.
banner

Oxşar Xəbərlər