• çərşənbə axşamı, 16 aprel, 21:08
  • Baku Bakı 18°C

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar

24.09.17 09:30 1318
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləriElmar Məmmədyarovvə Edvard Nalbandyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıblar.
APA-nınATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:
"ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) Azərbaycanın XİN rəhbəriElmar Məmmədyarovvə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan iləBMTBaş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçiriblər. GörüşdəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsiolub.
Həmsədrlər ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələlər üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşününtəşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər.
Həmsədrlər, yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat vermək üçünATƏT-in baş katibi Tomas Qreminger vəBMTbaş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüblər.
ATƏTMinsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədir”.
banner

Oxşar Xəbərlər