• cümə, 29 Mart, 18:49
  • Baku Bakı 14°C

Həmsədr: "Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"

28.02.17 15:00 721
Həmsədr: "Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"
"Təmas xəttində baş verən son insident regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün tərəflərin tez bir zamanda danışıqları bərpa etməsinin vacibliyini göstərir".
APA-nın məlumatına görə, bu sözləriATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "armenpress.am” saytına müsahibəsində deyib.
"Mən vəATƏT-in Minsk qrupunun digər həmsədrləri fevralın 25-də bəyanat yayaraq atəşkəsə və güc tətbiq edilməməsi prinsipinə sadiqlik göstərilməsinə çağırış etmişik”, - deyə həmsədr qeyd edib.
banner

Oxşar Xəbərlər