• şənbə, 20 Aprel, 02:53
  • Baku Bakı 15°C

Həmsədr ölkələr Dağlıq Qarabağla bağlı bəyanat verdilər

04.12.14 14:48 949
Həmsədr ölkələr Dağlıq Qarabağla bağlı bəyanat verdilər
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.
APA-nın xəbərinə görə, ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir tərəfindən imzalanan bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiqdir: “Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq”.
Sənəddə il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıq ifadə olunur: “İyul və avqustda hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, tərəflər arasında gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməli və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalıdır. 12 noyabrda hərbi helikopterin vurulması gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün gərginliyi azaldacaq və etimadı bərpa edəcək tədbirlərin vacibliyini göstərir. Biz tərəflərə müraciət edərək gərginliyini artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə çağırırıq”.
banner

Oxşar Xəbərlər