• cümə, 19 Aprel, 05:47
  • Baku Bakı 18°C

Həmməruzəçilər prezident seçkilərini müşahidə edəcəklər

22.03.18 13:30 564
Həmməruzəçilər prezident seçkilərini müşahidə edəcəklər
Avropa ŞurasıParlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.
APA-nınAŞPA-nın saytına istinadən verdiyi məlumata görə, onlarAŞPAmüşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.
Missiyaya həmçininVenesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.
Qeyd edək ki,AŞPAAzərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesiniATƏT/DTİHB vəATƏTPA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
banner

Oxşar Xəbərlər