Həmkarını bıçaqlayan avtobus sürücüsünün məhkəməsi yekunlaşıb

Həmkarını bıçaqlayan avtobus sürücüsünün məhkəməsi yekunlaşıb

Kriminal
09 Oktyabr 2012, 16:45 1055
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Bakı şəhər sakini Azər Səfərov cavab verib. İttihama görə, bu il fevralın 11-də Nəsimi rayonu, R.Cəfərov küçəsində Bakı şəhər sakini Azər Səfərov mübahisə zəminində bıçaqla Zaur İsmayılovun qarın nahiyəsindən xəsarət yetirib. Azər Səfərov Nəsimi rayon 20-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub. O, ifadəsində hər ikisinin avtobus sürücüsü olduğunu və Zaur İsmayılovun ona 300 manat borcu olduğunu bildirib. Hadisəyə də elə həmin borcun qaytarılmaması səbəb olub. Cinayət işi üzrə məhkəmə başa çatıb. Məhkəmənin hökmü ilə Azər Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.