• cümə, 29 Mart, 03:18
  • Baku Bakı 7°C

"Həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb"

14.03.19 15:11 454
"Həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb"
Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon deyib.
Onun sözlərinə görə, qlobal iştirakçılar arasında gərginlik davam edir, yeni təhdidlər və çətinliklər yaranır:
"Biz açıq və qəti şəklildə eskalasiyanın qəbuledilməzliyini bəyan etməliyik. Ötən il mən deyirdim ki, Moldovanın "ya-ya da” seçimi qarşısında qalmasını istəmirəm. Yeni xarici siyasət nədir? Biz tez-tez "Siz bizimləsiniz, yoxsa bizə qarşısınız?” sualı ilə üz-üzə qoyurlar. Sizin siyasətiniz Rusiyayönümlüdür, NATOyönümlüdür, Avropayönümlüdür, yoxsa ABŞyönümlüdür? Moldova üçün bir mövqe var – Moldovayönümlülük. Əminəm ki, bizim üçün ən əsası milli maraqlar olmalıdır”.
Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Mövzusu "Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.
banner

Oxşar Xəbərlər