• şənbə, 20 Aprel, 15:02
  • Baku Bakı 23°C

“Həm Eldar Namazovla Cəmil Həsənliyə, həm də...”

17.02.14 12:31 1140
“Həm Eldar Namazovla Cəmil Həsənliyə, həm də...”
“Bu gün çox mənfi tendensiya mövcuddur. Düşünürlər ki, mən kimisə yıxsam, təhqir etsəm, qalib gələ bilərəm. Əslində kimisə qaldırmaq, xeyirxahlıq etmək adamı daha çox ucaldır. Bu fikrim həm Eldar Namazovla Cəmil Həsənli arasındakı konfrontasiyaya, həm də AXCP ilə Müsavat Partiyası arasındakı qarşıdurmaya aiddir”.
Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Milli Şuranın sədri Cəmil Həsənli və “El” Hərəkatının sədri Eldar Namazov arasındakı söz atışmasına münasibət bildirən deyib.
E.Quliyev müxalif düşərgədə bu mənfi tendensiyanın kəskin təzahür etdiyini vurğulayıb: “Bu adi məsələni anlasaq, bir çox nöqsanlardan xali olarıq. Bu, ən böyük arzularımdan biridir”.
banner

Oxşar Xəbərlər