• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

“Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır”

26.04.16 14:10 2237
“Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır”
“Biz zorakı ekstremizmin dərin köklərini bəzən gözdən qaçırmış oluruq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirələrində deyib.
Nazir bildirib ki, bu hallarla mübarizə üçün bəzi beynəlxalq təşkilatların yaxşı strategiyası var: “Amma bəzən yaxşı strategiyanın pis nəticəsini görürük. Azərbaycan da 20 ildən çoxdur zorakı ekstremizmlə üzləşib. Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət vaxtında bizi dinləsəydi, qətiyyətli addımlar sayəsində daha yaxşı yerdə ola bilərdik. Amma hələ də gec deyil. Biz əməkdaşlıq etməliyik. Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq olmalıdır. Azərbaycan son illər gördüyü işlər nəticəsində ölkənin ümumi inkişafına nail olub. Biz yeni müstəqil olmuş ölkə kimi zorakı ekstremizmlə mübarizə aparmaqdayıq”.
E. Məmmədyarov Azərbaycanın davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq etdiyini söyləyib: "Azərbaycan Xəzər regionunu dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının yaxın gələcəkdə tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr verib, eyni zamanda o qənaəti gücləndirib ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək qeyri-davamlı olacaq".
banner

Oxşar Xəbərlər