• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Hələ onu qovmamış, Berdıyevlə əlaqə qurublar

23.10.18 12:25 507
Hələ onu qovmamış, Berdıyevlə əlaqə qurublar
Moskva "Spartak”ının, baş məşqçi Massimo Karrera istefaya göndərilib.
Kaspi.az xəbər verir ki, "Spartak” rəhbərliyi hələ italyan mütəxəssisi istefaya göndərməzdən əvvəl onun yerinə namizəd axtarışında olub. Məlumata görə, rəhbərlik bir həftə əvvəl "Rubin”in baş məşqçisi Kurban Berdıyevlə danışıqlar aparıb. Danışıqların nəticə barədə məlumat verilmir.
"Spartak”ın baş məşqçi postuna daha bir real namizəd isə Rusiya yığmasının çalışdırıcısı Stanislav Çerçesov hesab olunur. Ancaq Çerçesovun yığmadan ayrılma ehtimalının da az olduğu bildirilir.
Berdıyev hələ 2016-cı ildə "Spartak”da işləməyə yaxın olub. Ancaq həmin vaxt tərəflər son anda bəzi şərtlərdə razılıq əldə edə bilməmişdilər.
banner

Oxşar Xəbərlər