• cümə, 26 Aprel, 10:55
  • Baku Bakı 12°C

Həlak olan əsgər “Şücaətə görə” medalı ilə təltif olunub

22.05.18 13:18 586
Həlak olan əsgər “Şücaətə görə” medalı ilə təltif olunub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov "Şücaətə görə” medalı ilə təltif olunub.
APA-nın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnikZakir Həsənovəmr imzalayıb.
Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.
Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.
banner

Oxşar Xəbərlər