• çərşənbə, 24 Aprel, 03:22
  • Baku Bakı 14°C

Həkimlər “Atletiko”nun futbolçusunu niyə aldadıblar?

04.12.17 14:25 3554
Həkimlər “Atletiko”nun futbolçusunu niyə aldadıblar?
"Atletiko”nun futbolçusu Anxel Korrea İspaniyaya gələrkən sağlamlığında yaranan problem barədə danışıb.
Kaspi.az xəbər verir ki, Korrea "San-Lorenso”dan "Atletiko”ya keçərkən həkimlər onun ürəyində problem aşkar ediblər. Hücumçu bildirir ki, əməliyyat olunması üçün həkimlər ona yalan danışmalı olublar:
"Madridə agentimlə gəldim. Tibbi baxışdan keçməliydim. Müayinədən keçərkən həkimlər ürəyimdə problem aşkarladılar. Bildirdilər ki, əməliyyat olunmalıyam.
Ancaq mən bunu istəmirdim. Çünki qarşıda Libertadores kubokunun yarımfinal oyunu vardı. Ancaq sonradan soyuq başla düşünüb, əməliyyata razılıq verdik.
Amma ilk növbədə həkimlərdən futbol oynaya bilib-bilməyəcəyimi soruşdum. Onlar mənə dedilər ki, narahat olmaq üçün heç bir risk yoxdur.
Amcaq sən demə, böyük risk varmış və həkimlər məni aldadıblar. Onlar bunu əməliyyatdan sonra etiraf edilər. Xoşbəxtlikdən, hər şey uğurlu alındı”.
banner

Oxşar Xəbərlər