• şənbə, 11 May, 07:00
  • Baku Bakı 12°C

Həkimə və tibb işçilərinə bədən xəsarətləri yetirdilər

08.07.13 11:21 1269
Həkimə və tibb işçilərinə bədən xəsarətləri yetirdilər
Gəncə şəhər Kardioloji Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, tibb müəssisəsinin reanimasiya şöbəsində müalicə olunan Gədəbəy rayon sakini Vahid Salmanovun yaxşı müalicə edilmədiyindən dünyasını dəyişdiyini iddia edən onun yaxın qohumları dərman şüşələrini yerə çırpıb sındıraraq reanimasiya şöbəsinin həkimi T. Novruzovanı, tibb işçiləri T. Məmmədovanı və M. İsmayılovanı təhqir edib onlara müxtəlif bədən xəsarətləri yetiriblər.
Sözügedən tibb işçiləri Nizami rayon Polis İdarəsinə müraciət ediblər. Hazırda fakt üzrə hüquq mühafizə orqanları araşdırma aparırlar.
banner

Oxşar Xəbərlər