• çərşənbə, 17 Aprel, 03:07
  • Baku Bakı 14°C

Heidi Smit: “InnoFest”in bir hissəsi olmaq qürurvericidir

14.05.19 14:30 491
Heidi Smit: “InnoFest”in bir hissəsi olmaq qürurvericidir
Azərbaycanda ilk dəfə keçiriləcək "İnnovasiya Festivalı”nın ("InnoFest”) bir hissəsi olmaq qürurvericidir. Biz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən tədbirlərin ölkənin gələcəyinə böyük töhfə verəcəyinə inanırıq. İyunun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Mars Academy”nin dəstəyi ilə "InnoFest” çərçivəsində Bakıda ilk dəfə "TechFest” keçiriləcək.
AZƏRTACxəbər verir ki, bu barədə "InnoFest”ə həsr olunmuş mətbuat konfransında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Heidi Smit deyib.
O bildirib ki, "TechFest”in məqsədi "özün düzəlt” ("birlikdə düzəlt”) ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək istəyənləri bir araya toplamaqdır. "TechFest Baku” yerli "maker”lər üçün öz məhsullarını sərgiləmək, master-klaslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə çatdırmaq üçün geniş imkanlar təklif edir.
"Azərbaycanda bu cür layihələrə dəstək verməyə hə zaman hazırıq”, - deyə H.Smit bildirib.
banner

Oxşar Xəbərlər