• cümə, 29 Mart, 09:10
  • Baku Bakı 5°C

"Həftəsonu Bakı" layihəsinə start veriləcək

12.10.16 19:04 1086
"Həftəsonu Bakı" layihəsinə start veriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və "İRƏLİ" İctimai Birliyinin dəstəyi ilə"Həftəsonu Bakı" layihəsinə start veriləcək.Bir ölkənin gənc təbəqəsinin dünyagörüşünün formalaşmasında onun asudə vaxtını necə keçirməsi böyük əhəmiyyət daşıyır. Lakin bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyəti boş vaxtlarını səmərəli formada keçirə bilmir. Bundan irəli gələrək "Həftəsonu Bakı" layihəsi çərçivəsində gənclərə asudə vaxtı səmərəli keçirməyin yolları aşılanacaq. Müxtəlif sahələrdə istedadları ilə seçilən gənclər təcrübələrini bölüşərək mövcud problemin aradan qaldırılmasına öz tövhələrini verəcək.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini əsas tutaraq gənlərin asudə vaxtlarının səmərəli keçirilməsinə yardım etmək, inkişaf etməkdə olan yeni nəslin daha geniş dünya görüşünə sahib olmasına və gənc istedadların üzə çıxmasına dəstək olmaqdır.
Qeyd edək ki, layihə müddətində müxtəlif sahədə aktiv olan gənclərlə video çəkiliş aparılması nəzərdə tutulub. Çəkilişlər Bakının müxtəlif hissələrində aparılacaq. Çəkilişlər başa catdıqdan sonra təqdimat keçiriləcək və hazırlanmış video-çarx gənclərə təqdim olunacaqdır. Beləliklə gənclərə təqdim olunan video-çarxda asudə vaxtlarını necə səmərəli keçirə biləcəkləri haqqında informasiya ötürüləcək.



banner

Oxşar Xəbərlər