AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həftənin ilk iş günü havalar isti keçəcək

Həftənin ilk iş günü havalar isti keçəcək

Təfsilat
11 Mart 2013, 08:33 1330
Həftənin ilk iş günü Azərbaycan ərazisində günəşli isti hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman olacağı proqnozlaşdırılır.

Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacaq. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarıda da martın 11-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.

Dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.