AZE | RUS | ENG |

Həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolun müəllifi müəyyənləşib

Həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolun müəllifi müəyyənləşib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunun ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun fransalı hücumçusu Leroy Sane azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İyirmi iki yaşlı hücumçu bu nominasiyada Neymar ("Paris-Jer-Men”, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiyomo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.

Leroy Sane altıncı turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.

UEFA, həmçinin həftənin ən yaxşı qolunun müəllifinin adını da açıqlayıb. Bu, İspaniyanın "Barselona" klubunun gənc hücumçusu Osman Dembele olub.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217