• şənbə, 20 Aprel, 02:56
  • Baku Bakı 15°C

Həftədə iki dəfə yoxlanışdan keçəcəklər

29.04.20 14:30 642
Həftədə iki dəfə yoxlanışdan keçəcəklər
İngiltərə Premyer Liqasında məşqlər bərpa olunduqdan sonra futbolçular mütəmadi olaraq yoxlanılacaqlar.
Kaspi.az xəbər verir ki, futbolçuların həftədə iki dəfə koronavirus testindən keçməsi planlaşdırılır. Şənbə günü 20 komandanın tibbi heyəti videokonfrans təşkil ediblər.
Videokonfrans zamanı bu məsələ müzakirə olunub. Mayın 1-də Premyer Liqa rəhbərliyinin də virtual görüşü olacaq və məsələ ilə bağlı yekun qərar veriləcək.
Bir testin 172 avroya başa gəldiyi bildirilir. Hər bir klub həftədə iki dəfə olmaqla 50 test götürəcək. Bunun üçün də, ümumilikdə 4,6 milyon avro tələb olunur.
Premyer Liqanın iyulun sonuna qədər başa çatdırılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər