• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Hədələyərək 120 min manat alan şəxslər tutulub

12.08.13 13:51 1657
Hədələyərək 120 min manat alan şəxslər tutulub
Bakı şəhər sakininə hədə qorxu gələrək ondan 120 min manat pul alan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ)əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edərək əvvəlcə ondan 120.000 manat pul alanların Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olduqları müəyyən edilib.
BMCMİ və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Ə. Məmmədovdan əlavə 150.000 manat pul tələb edən S. İsmayılov, V. İbadov və onlarla birgə olan Bakı şəhər sakiniləri Atəş Osmanov və Anar Məmmədov tutulublar .V. İbadovun üzərindən 34,6 qram tiryək, S. İsmayılovdan isə 15.000 manat pul aşkar edilərək götürülüb.
banner

Oxşar Xəbərlər