• şənbə, 20 Aprel, 03:38
  • Baku Bakı 15°C

Hədələdi, səninlə şəxsən özüm məşğul olacağam

11.09.17 12:30 1158
Hədələdi,  səninlə şəxsən özüm məşğul olacağam
"Bavaraiya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın hücumçusu Robert Levandovskini tənqid edib.
Kaspi.az xəbər verir ki, Rummenigge Levandovskini işlətdiyi ifadələrə görə qınayıb. Polşalı hücumçu mətbuata verdiyi açıqlamada bildirmişdi ki, müasir futbolda pul və uğur vacibdi, komandanın loyallığı yox. Levandovski "Bavariya”nın "Barselona” və PSJ kimi maliyyə cəhətdən varlı olmamağına təəssüfləndiyini bildirmişdi. Rummenigge futbolçuya belə cavab verib:
"Çox təəssüf ki, o, hər şeyi belə anlayır. Loyallıq "Bavariya”nın genidir. Bu, bizim azarkeşlər üçün çox vacib amildir. Bizim çoxdan ciddi və uğurlu fəlsəfəmiz var.
Mən Almaniyanın kansleri ilə razıyam, nəinki Levandovski ilə. Kansler deyib ki, futbolda bu qədər vəsaitin xərclənməsinin qarşısı alınmalıdı.
Yəqin ki, Roberti PSJ-in transferləri həyəcanlandırıb. Ancaq o, "Bavariya”da oynayır və bunun üçün də çoxlu pul alır. Çox təəssüf edirəm ki, o, belə ifadələr işlədib.
Klubu, məşqçiləri, komanda yoldaşlarını açıq şəkildə tənqid edənlə şəxsən özüm məşğul olacağam”.
banner

Oxşar Xəbərlər