AZE | RUS | ENG |

Həddən artıq çox yatmaq orqanizm üçün ölümcül təhlükə doğura bilər

Həddən artıq çox yatmaq orqanizm üçün ölümcül təhlükə doğura bilər
Əgər insan 10 saat yatırsa, onun vaxtsız ölüm riski 7 saat yatan insanla müqayisədə 30 faiz artır. Bu məlumat "News-medical.net” portalında yerləşdirilib.

AZƏRTAC "MedDaily” saytına istinadla xəbər verir ki, alimlər yuxunun davamlılığı, keyfiyyəti, ürək-damar problemləri və ölüm halları məsələlərini 3 milyondan çox insanın üzərində tədqiq ediblər. Həmin insanlar bundan əvvəl digər tədqiqatlara da cəlb olunub.

Məlumdur ki, doyunca yatmamaq sağlamlıq üçün olduqca təhlükəlidir. Sən demə, həddən artıq çox yatmaq da ziyandır. Belə ki, 10 saatdan çox davam edən yuxu insult nəticəsində ölüm riskini 56 faiz, ürək-damar xəstəliyindən ölüm riskini 49 faiz artırır.

Yeri gəlmişkən, yaponiyalı alimlərin son tədqiqatına görə, qısa müddətli və həddən artıq uzun yuxu yaşı 60-dan yuxarı insanlarda demensiyanın yaranma və vaxtsız ölüm riskini artırır. Bu nəticə on il ərzində 1517 insan üzərində müşahidə əsasında əldə edilib. Müvafiq dövrdə 294 könüllüyə demensiya diaqnozu qoyulub, 282 nəfər isə ölüb. Məlum olub ki, sutkada 5 saatdan az və 10 saatdan çox yatan insanlarda demensiya və ölüm halları gün ərzində 5-9 saat yatanlarla müqayisədə daha yüksək olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176