"Heç nəyə heyfsilənmək lazım deyil"
Reqimantas
Adomaytis - bu, sadəcə hansısa musiqidir. Sovet
musiqisi deyil. Amma o, ömrünün çox hissəsini SSRİ-yə həsr edib. O, bu məkanda
çox sevimli olub və onu həmişə gözləyiblər. Onsuz sovet kinosunu təsəvvür etmək
mümkün deyil. Rus mühitində dahi Qərb aktyoru - bu, Hötenin «Faust»undakından
da güclü zarafatdır. Sevgi ötüb keçirmi? Heç vaxt. Ancaq Reqimantas tamamilə
başqa ölkədə yaşayır, indi o, xarici vətəndaş sayılır. Ola bilər ki, hətta,
uzun illər yaşayacaq. O, xaraktercə filosof olsa da, bununla o qədər razılaşmır, "həyatı olduğu kimi qəbul etmək
lazımdır” deyir. O, haqlıdır. Ancaq aktyorla bizim söhbətimizin təəssüratı bir
qədər qəmli alındı. Bu günlərdə böyük aktyorun 80 yaşı tamam olub.
Bir
çoxları səhnədə ölür, amma mən onlardan deyiləm
- Zəhmət olmasa deyin, sizi təqaüdçü
adlandırmaq olarmı?
- Hə, əlbəttə,
çoxdan.
- Axı, artistlər üçün belə kateqoriya yoxdur.
Onlar ömürlərinin axırına qədər oynayırlar.
- Bu
fikir hamısına aid edilmir. Bu, bir çox dahi şəxsiyyətlərə aiddir. Qalanları əlbəttə,
qocalırlar, əvvəlki kimi gücləri yoxdur. Oynamaq isə hesab edirəm ki, yalnız
gücdən asılıdır. Hərdən bəzilərinin də səhhəti hətta 100 yaşına qədər səhnəyə
çıxmağa imkan verir. Ancaq mən onlardan deyiləm.
- Amma "sağlam bədəndə sağlam ruh olur” sözlərini
də eşitmisiniz. Əksini də demək olar: Aktyor səhnədə oynayır və bu, onun ömrünü
uzadır, hətta, səhnədə ölməyi arzulayan artistlər də var.
- Bu nə
arzudur? Bu, cəfəngiyatdır. Belə arzu ola bilməz. Bir çoxları həqiqətən səhnədə
ölürlər, ancaq mən o aktyorlardan deyiləm.
- Siz Andrey Mironovun həyatdan getməsini
xatırlayırsınızmı? 87-ci ildə Riqada qastrolda olarkən «Fiqaro»nu oynayırdılar.
- Hə,
belə də olur. Mən də bir aktyorun səhnədə ölməsinin şahidi olmuşam, ancaq bu, məni
qorxutmur. Çünki mən artıq səhnədə oynamıram.
- Bəs siz özünüzü teatr və kinosuz necə hiss
edirsiniz?
- Çox
gözəl. Həmişə olduğu kimi. Nə qədər ki, cavansan, nə qədər ki, gücün, enerjin
var, oynamaq lazımdır. Enerji azalanda isə hesab edirəm ki, dayanmaq lazımdır.
- Bu yaxınlarda Leninqrad teatrında Leonid
Bronovoyu səhnəyə əlil arabasında gətirdilər. Onun kiçik bir rolu vardı. Burada
sadəcə Bronovoyu görmək lazım idi.
- Ola
bilər. Şükür Allaha ki, o, öz rolunu kresloda da oturaraq oynaya bilib. Amma mənim
fikrimcə, bu cür səhnəyə çıxmaq lazım deyil.
Heç nəyi dəyişə bilmərəm
- Reqimantas, günləriniz necə keçir, məsələn,
siz səhər yuxudan oyanırsınız…
- Səhər
Litva jurnallarından birindən bir jurnalist qız gəldi və mən ona müsahibə
verdim. Bu, kifayət qədər vaxt apardı. Ondan sonra dərhal siz zəng vurdunuz.
Sonra mən mağazaya yollandım, bazarlıq etdim, nahar hazırladım və sizin zənginizi
gözlədim.
- Bəs bu gün axşam nə edəcəksiniz?
- Yanıma
Kiçik Teatrdan adam gələcək. Bu teatrda mənim yubileyimi deyil, ad günümü keçirəcəklər.
- Maraqlıdır, siz bu rəqəmə - 80 yaşınıza necə
yanaşırsınız?
- Normal
yanaşıram. Hər şeyin öz vaxtı var. İndi mənim 80 yaşım var. Nə etmək olar, heç
nəyi dəyişə bilmərəm. Yəqin ki, mən özüm də tədbirlə bağlı teatra gedəcəyəm.
Orada haqqımda yazılan kitabın təqdimatı
olacaq. Mən hansısa arxiv kağızlarını bir teatrşünasa vermişəm və o, bu barədə
kitab yazıb.
- Bütün bunlar yubileyqabağı tədbirlərdir. Bəs
adi günlərdə. Siz tənhasınız?
- Yox, mən
belə deməzdim, kiçik oğlum mənimlə yaşayır. O, işləyir, mən hərdən ona yemək
hazırlayıram. O işdən sonra evə gec, yorğun gəlir. Mən də ona yemək hazırlayıb
verirəm. Beləcə, zaman keçir.
- Vilnüsun küçələrində sizi tanıyırlar?
- Yaşlı
nəslin nümayəndələri tanıya bilər. Bu da az hallarda olur. Tanıyanda da
litvalılar öz emosiyalarını tez göstərmirlər. Tanısalar da, hisslərini göstərmirlər.
- Amma Moskvaya gələndə orada sizi hər
addımda tanıyırlar.
- Yox,
elə deyil. Ancaq mən Banionislə tez-tez gələndə hamı onu tanıyırdı, məni yox.
«Maraqlıdır, Banionisin yanındakı kimdir?» - deyə maraqlanırdılar.
- Bilirsiniz ki, sizi Moskvada necə sevirlər?
- Hə,
bilirəm, bu, çox xoşdur.
- Bilirsiniz niyə? Təkcə ona görə yox ki, siz
görkəmli aktyorsunuz, filmlərinizi xatırlayırlar. Həm də ruslar nostalgiya kimi
xəstəliyə yoluxublar.
- Nəyin
nostalgiyasına?
- Keçib gedən illərin. O ölkənin ki, daha o,
yoxdur. O mühit və münasibətlərin ki, daha insanlar arasında hiss olunmur…
- Ola
bilər... Amma mən başqa baxışlara üstünlük verirəm. Mən hesab edirəm ki, Edit
Piafın oxuduğu kimi heç nəyə heyfslənmək lazım deyil. Bu mahnını
xatırlayırsınız? Fikrimcə, ümumiyyətlə, heç nəyə heyfslənmək lazım deyil.
- Bu, çox sağlam mövqedir. Ancaq mən eşitmişəm
ki, siz bir ittifaqdan başqa bir ölkəyə düşməyinizə, Litvanın Avropa
İttifaqının törəməsi olmasına görə təəssüflənmisiniz. Bu, sizi doğrudan
ağrıdır?
- Mən bu
məsələni ümumiyyətlə, müzakirə etmirəm. Siyasətlə maraqlanmıram. Belə mənim üçün
daha rahatdır. Bilirsinizmi, dünya get-gedə dəlixanaya çevrilir. Yəqin bütün
qocalara belə gəlir.
- Siz vətəndaş müharibəsinin qəhrəmanını -
Sergey Lazonu oynayanda cavan idiniz. İndi bu qəhrəmana necə yanaşırsınız?
- O
vaxtdan çox sular axıb. Hətta, indi Rusiyanın özündə belə bu qəhrəmana münasibət
fərqlidir. İndi onun taleyini birmənalı çəkmirlər. Bu artıq uzaq keçmişdir və o
zamana qayıtmıram.
- Sizin Rusiyada dostlarınız qalıbmı?
-
Vardı... İndi mən çox az hallarda Rusiyada oluram. Çünki mənə oralarda filmlərə
çəkilməyi təklif etmirlər. Yəqin ki, rejissorlar məni Şaxta Baba kimi təsəvvür
etmirlər. Baxmayaraq ki, mən ona bir qədər oxşayıram. Ona görə də məni dəvət
etmirlər. Mən çoxdan Moskvada olmuşam. Çünki dostlarla əlaqələrim, münasibətlərim
zəifləyib.
- Siz oğlanlarınızdan razısınızmı, onlarla
münasibətiniz necədir?
- Əlbəttə,
valideynlər həmişə istəyirlər ki, oğulları tanınmış adam olsunlar, hansısa
mövqeni tutsunlar və ya prezident olsunlar. Mən isə buna mənasız baxıram.
Onların məşğul olduqları işdən razıyam. Əsas odur ki, özlərinin xoşuna gəlsin.
Mənim xoşumun gəlib-gəlməməyi heç bir əhəmiyyət kəsb etmir. Bizim müxtəlif məsələlərlə
bağlı fikir ayrılıqlarımız olur. Onların öz həyatları ilə bağlı hüquqları və
fikirləri var. Öz davranışlarını da istədikləri formada müəyyənləşdirirlər. Oğlanlarımın
ikisi Vilnüsda, biri isə Londonda yaşayır. Onlar hamısı mənim ad günümdə
iştirak edəcəklər.
- Sizinlə yaşayan kiçik oğlunuzun peşəsi nədir?
- O,
avtomobil ustasıdır, maşınların təmiri ilə məşğul olur.
- Onun hələ ailəsi yoxdur?
- Arvadı
var, amma hələlik uşaqları yoxdur.
- Bəs
üçlükdə necə yaşayırsınız: siz, oğlunuz və gəlininiz?
- Onlar
ümumiyyətlə, qəribə yaşayırlar (gülümsəyir). İş günləri onlar ayrı yaşayırlar.
Oğlum mənimlə qalır, arvadının isə öz mənzili var. Şənbə və bazar günləri onlar
görüşürlər. Maşınla bağa, kəndə gedir və həftənin sonlarını orada keçirirlər.
- Müdrik bir insan kimi onlara həyatı başa
salmağa cəhd göstərmirsiniz?
- Heç
bir halda. Düzdür, hərdən bunlar ağlımdan keçir, amma başa düşürəm ki, mənim əxlaq
dərslərimin bir qəpik qiyməti olmayacaq. Onlar hər şeyə özləri qərar verirlər.
- Bu yaxınlarda faciə yaşadınız: həyat
yoldaşınız həyatdan köçdü. Bu, xoşbəxt nikah idi?
- Əlbəttə.
Ancaq mən öz həyatımı gənclərə nümunə göstərmək fikrində deyiləm.
- Siz filmlərə çəkildiyiniz vaxtlarda
qastrollara gedirdiniz. Həyat yoldaşınız bununla barışırdı?
- Demək
olar ki, tamamilə başa düşürdü. Çünki o özü də kinoaktrisa və müğənni idi.
- Neçə il bir yerdə yaşadınız?
-
Hesablamaq lazımdır. Qızıl toyumuzu qarşılaya bilmədik.
- Xahiş edirəm, həyatda ən xoşbəxt gününüzü
xatırlayasınız. Əlbəttə, əgər həyatınızda
belə gün olubsa?
- Xoşbəxt
günlər çox olub. Aktyor rol alanda, tamaşaçılar onu alqışlayanda həmişə xoşbəxtdir.
Amma həmişə bu, belə olmur. Oynadığımız bütün rolları özümüz də bəzən bəyənmirik
və bunlar da həmişə tamaşaçıya təsir etmir. Ona görə də aktyor asılıdır. O,
rollarını özü seçmir.
- Tamaşaçıların ən çox sevdiyi filmlərdən
biri «Miraj»dır. Siz orada Frenk Morqanı oynayırsınız.
- Ah, mən
artıq bunu unutmuşam. Lap azca xatırlayıram.
- Siz ki, Litva filmlərinin hamısında bütün Qərbli
rollarını oynamısınız.
-
Rejissorlar tez-tez mənə Qərb vətəndaşlarının rolunu verərdilər. Sadəcə, biz
litvalılar Şərqlə Qərbin sərhədində yerləşdiyimizdən bizdə hər ikisinin
xьsusiyyətlərindən var.
- Sizə heç zahirən və oyununuza görə Cek
Nikolsona oxşadığınızı deyənlər olub?
- İlk dəfədir
eşidirəm (gülür).
- Sizin baxışlarınız çox oxşardır. Gözlərinizin
dərinliyində, üzünüzün cizgilərində keçmiş həyatın izləri var. Ona görə də
Amerika aktyorluq məktəbi ilə sovet, Litva və Rusiya məktəblərini müqayisə
edin.
- Sadəcə,
amerikalılar çox azad insanlardır. Bu, onlar oynayanda dərhal görünür. Bu, məktəbin
nəticəsi deyil, sadəcə həyat tərzidir. Amma buna baxmayaraq, onların həqiqətən
gözəl məktəbləri var və bunu yaratmaq üçün böyük qüvvə sərf ediblər.
- Sizin ürəyinizdən heç Amerikaya, Almaniyaya
getmək, orada yaşamaq və filmlərə çəkilmək arzusu keçməyib?
- Heç
vaxt. Ona görə yox ki, mən öz dövlətimin vətənpərvəriyəm. Aktyorluq işi dillə
bağlıdır. Əgər dili bilmirsəns,ə səni ora heç nə apara bilməz. Mən Almaniyada
çox çəkilmişəm və bu, əvvəllər çox asan idi. İstədiyin dildə danışırdın. Sonra
isə hər şey dəyişdi.
- Bununla belə siz dünya görmüsünüz.
- Hə,
kifayət qədər. Ancaq məndə harasa getməklə bağlı nostalgiya yoxdur. Ola bilər
ki, istinin olmasını arzulayım. Qışın soyuğu adamın zəhləsini tökür. Ancaq indi
qış nisbətən yumşaq keçir. Ölkələr var ki, orada yay heç qurtarmır. Əlbəttə,
oralarda olmaq istərdim, ancaq indi səhhətim harasa getmək üçün əl vermir.
- Yəqin ki, yubileyinizdə sizi
mükafatlandıracaqlar?
- Yox…
Heç bir mükafat, hədiyyə lazım deyil. Igər hansısa dostlar, tanışlar, qohumlar
gələcəksə bu, mənim üçün xoş olacaq. Ancaq mən daha heç vaxt heç nə
oynamayacağam, heç vaxt…
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova