AZE | RUS | ENG |

Heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir

Heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir
"Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədi ilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir”.
Bu barədə "Report”a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan açıqlamada bildirilib.
Qeyd edilib ki, bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır: "Hər zaman olduğu kimi bu gün də Penitensiar xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916