• cümə, 26 Aprel, 18:33
  • Baku Bakı 22°C

“Heç bir ölkə BMT TŞ-nin qətnamələrinin icrasına yardım göstərməyib”

16.03.18 12:40 571
“Heç bir ölkə BMT TŞ-nin qətnamələrinin icrasına yardım göstərməyib”
BMTTŞ-ninDağlıq Qarabağmünaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovdeyib. Nazir bildirib ki, bunlarla yanaşı, 5783 saylı qətnamə də var.
"Bu, əlavə qətnamədir və orada işğalçı qüvvələrin çıxarılmasının cədvəli var. Bu qətnamələrin icrasına heç bir ölkə yardım göstərməyib.24 ildir, vəziyyət olduğu kimi qalıb”, - deyə nazir əlavə edib.
E. Məmmədyarov qeyd edib ki, AzərbaycanBMTTəhlükəsizlik Şurasına sədrlik edərkən, İƏT iləBMTTŞ arasında əməkdaşlığın qurulması təşəbbüsünü irəli sürüb: "Bəzi üzv dövlətlər buna qarşı çıxdı. Regional təşkilatlarla mövqeyimizi gücləndirə bilərik. Mən Təhlükəsizlik Şurasının qlobal sülhün təminatında ali təşkilat kimi rolunu danmıram. Azərbaycan da bu qurumun qətnamələrinin yerinə yetirilməsinin tərəfdardır. Lakin böyük güclərin müdaxiləsi olmadan məsələlərin həlli qeyri mümkündür”.
banner

Oxşar Xəbərlər