• cümə axşamı, 18 aprel, 17:58
  • Baku Bakı 22°C

“Heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə təsir edə bilməz” - İlham Əliyev

12.05.14 10:49 1048
“Heç bir dövlət Azərbaycanın daxili və xarici siyasətinə təsir edə bilməz” - İlham Əliyev
Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev Ukrayna böhranının Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasına təsiri ilə bağlı sualı cavablandırıblar.
F. Olland Bakıya səfərinin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.
O, hər bir ölkənin öz mövqeyini azad şəkildə bəyan etməsini istədiyini vurğulayıb: “Biz Azərbaycanın hər hansı ölkə ilə əməkdaşlığına qarşı deyilik. Bəzi qıcıq doğuran məsələlər var, Dağlıq Qarabağ münaqişəsi də bu sıradadır. Gürcüstanda da belə problemlər var”.
Prezident İlham Əliyev isə Azərbaycanla Avropa Birliyi arasında gözəl dialoqun olduğunu bildirib: “Avropa Birliyi ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa Birliyi tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”./apa/
banner

Oxşar Xəbərlər