• cümə, 26 Aprel, 13:03
  • Baku Bakı 23°C

Həbsxanaya qozun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

29.04.21 20:30 754
Həbsxanaya qozun içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
XidmətdənKaspi.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop vasitə metamfetamin aşkar edilib.
banner

Oxşar Xəbərlər