• cümə, 19 Aprel, 12:01
  • Baku Bakı 25°C

Həbsxana yeməyindən imtina etdi, internetdən sifariş verir

16.01.19 11:30 566
Həbsxana yeməyindən imtina etdi, internetdən sifariş verir
Xuliqanlığa görə həbs edilən "Zenit”in futbolçusu Aleksandr Kokorin həbsxanada verilən yeməklərdən imtina edib.
Kaspi.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Svetlana Meteqino məlumat verib. O bildirib ki, Kokorin internet vasitəsilə yemək sifariş edir:
"Aleksandr yaxşı qidalanır. Valideynləri ona nəsə göndərirlər. Özü də internet-maqazin vasitəsilə yeməklər sifariş edir.
Hətta mənə elə gəlir ki, Kokorin bir qədər kökəlib. Təzə həbs ediləndə bir qədər fərqli idi. Bu o demək deyil ki, həbsxanada pis yemək verirlər.
Amma bütün hallarda bu qidanı qəbul etmək istəkdən asılıdır. Kokorin də öz istəyinə uyğun qidalanır”.
Kokorin və "Karsnodar”ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün ötən ilin oktyabrında həbs olunublar. Onlar minimum fevralın 8-nə qədər həbsdə qalacaqlar.
banner

Oxşar Xəbərlər