• şənbə, 20 Aprel, 18:15
  • Baku Bakı 24°C

“Həbsdə çox şeyi dərk elədim” - Əfv edilmiş “NİDA“-çı

20.10.14 13:49 1045
“Həbsdə çox şeyi dərk elədim” - Əfv edilmiş “NİDA“-çı
“NİDA” Vətəndaş Hərəkatının üzvü olmuş sabiq məhbus Bəxtiyar Quliyev oktyabrın 20-də “Media forum” saytının suallarını cavablandırıb.
O, prezident İlham Əliyevin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıb.
- Azadlıq təəssüratın necədir?
- Həbsdən çıxmağım çox əladır. Bir günə üç günü sığışdırmaq istəyir adam. Hər şey yaxşıdır.
- Planların nədir?
- Təhsilimi davam etdirmək istəyirəm, karyera planları qururam. Siyasi fəaliyyətimi bitirmişəm. Bundan sonra siyasətlə məşğul olmayacam. Azadlığa çıxmaqla hər şeyi geridə qoymuşam.
- Səhhətin necədir?
- Özümü yaxşı hiss eləyirəm, ancaq ayağımda tutulma hələ də qalıb. Bağlı kamerada qaldığım üçün pilləkəni qalxanda, bir az qaçanda təngnəfəslik yaranır.
- Həbs sənə nə qazandırdı?
- Çox şeyi dərk elədim. Dostlarımı daha yaxından tanıdım. Prezidentə müraciət etdiyimə görə məni qınayanlar oldu. Müraciəti yazmazdan öncə də bəzi hərəkətlərimi qınayanlar vardı. Bundan sonra kimin əsl dost olduğunu bilirəm.
Həbsdən çıxandan sonra çoxdan tanıdığım adamlardan heç kim zəng eləmədi. Lakin gözləmədiyim şəxslər həm həbsdə olanda məni axtardılar, həm də azadlığa çıxanda mənimlə maraqlandılar. Bundan sonra daha düşüncəli addımlar atacam, böyük səhvlərə yol verməyəcəm.
1993-cü ildə Bakıda anadan olan Bəxtiyar Quliyev 2010-cu ildən həbs edildiyi 2013-cü ilədək Bakı Peşə Liseyində telekommunikasiya ixtisası üzrə təhsil alıb. O, 2013-cü ilin yazında digər “Nida”çı gənclərlə birlikdə tutulmuş, kütləvi iğtişaşları təşkil etmə cəhdi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bəxtiyar Quliyev iyunun 2-də bəyanat yaymış və prezident İlham Əliyevə müraciət etmiş, təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, siyasi məhbus adlandırılmasına etiraz etdiyini və “NİDA”dan çıxdığını vurğulamışdı.
banner

Oxşar Xəbərlər