• şənbə, 20 Aprel, 03:07
  • Baku Bakı 15°C

Həbibin atası sağaldı

19.06.20 11:22 844
Həbibin atası sağaldı
UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronaviursdan sağalıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Həbibin məşqçisi Xavyer Mendes verib. O, Abdulmanpın virusdan tam qurtulduğunu bildirib:
"Üç gün əvvəl həbib məlumat vermişdi ki, atasının durumu yaxşılaşır. Ondan sonra bir tanışımızla söhbət etdim və məlumat aldım ki, Abdulmanap virusdan tam qurtulub.
O, nə vaxtsa ürək əməliyyatı keçirib. Virus da ürəyinə təsir edib. Bununla bağlı sağlıq durumunda müəyyən problemlər qalıb. Əlbəttə, ona görə narahat olurdum, hətta göz yaşımı da saxlaya bilmirdim. Çox istəyirəm ki, belə böyük bir insan tezliklə tam sağalsın”.
banner

Oxşar Xəbərlər