• çərşənbə, 24 Aprel, 04:47
  • Baku Bakı 14°C

Həbibi hədələdi: Ov mövsümü başlayıb, körpə

04.12.19 13:23 513
Həbibi hədələdi: Ov mövsümü başlayıb, körpə
Toni Ferqyuson Həbib Nurməhəmmədovla keçiriləcək döyüş barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ferqyuson dağıstanlı döyüşçüyə psixoloji təsir göstərməyə çalışıb. O, Həbibi hədələyəcək ifadələr işlədib:
"Mən onu məcbur edərəm ki, qan ifraz etsin. Bu adamın bir problemi var, o da Toni Ferqyusondur.
Mən onu izləyirəm. Ov mövsümü başlayıb, körpə. O. sadəcə sıradan bir rəqibdir. Onu demək olar ki, məğlub etmişəm.
Mən başımı ona tərəf çevirmişəm, o da mənə baxır. O qədər məşq edəcək ki, əsəbiləşəcək və səhvə yol verəcək. Mən də bundan yararlanacağam. Onu yerdə boğacağam”.
Toni Ferqyusonla Həbib Nurməhəmmədov arasındakı döyüş aprelin 18-də Bruklində keçiriləcək.
banner

Oxşar Xəbərlər