• cümə axşamı, 18 aprel, 18:25
  • Baku Bakı 21°C

Həbib şərt qoydu: Əvvəlcə nəsə qazan

15.04.19 12:07 674
Həbib şərt qoydu: Əvvəlcə nəsə qazan
UFC çempionu Həbib Nurməhəmmədov Konor Makreqorun revanş döyüşü ilə bağlı yazdıqlarına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Konor "Tvitter”də belə yazmışdı: "Həbibin UFS-də ən yaxşı olduğu fikri ilə qətiyyən razılaşmıram. O, 4-cü raunda qədər mənim yeganə müdafiə səddimi yara bilmirdi. Biz komandamızla birlikdə onun döyüş qabiliyyətin i yetərincə araşdırmışıq. Revanş döyüşü hər şeyi göstərəcək”.
Həbib bu döyüşün baş tutması üçün Konora şərt irəli sürüb: "Sən və sənin komandan 2016-cı ildən bəri heç nə qazanmayıb. Sən əvvəlcə nəsə qazanmalısan, ondan sonra revanş döyüşü barədə danışa bilərsən”.
Konorla Həbib arasındakı döyüş 2108-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı 4-cü raundda qalib gəlib. Həbib növbəti döyüşünü Dastin Poreyə qarşı keçirəcək.
banner

Oxşar Xəbərlər