• cümə, 29 Mart, 19:10
  • Baku Bakı 14°C

Hazırlıq qruplarına tələbə qəbulunu DİM həyata keçirəcək

15.07.17 11:21 977
Hazırlıq qruplarına tələbə qəbulunu DİM həyata keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edilib.

DİM-dənAPA-ya verilən məlumata görə, dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı "bakalavriat səviyyəsində hazırlıq qruplarına” mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.

DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyiilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

Dəyişiklik nəticəsində Nizamnamənin 1.1-ci yarımbənddə "ali və orta ixtisas təhsili müəssisələrinə” sözlərindən sonra ", bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.2-ci yarımbənddə "səviyyələrinə” sözündən sonra "bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri, 2.1.3-cü yarımbənddə "keçid ballarını” sözlərindən sonra "bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını” sözləri əlavə edilib.

Eyni zamanda 2.1.3-1-ci yarımbəndə "2.1.3-1. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”; 3.1.10-cu yarımbənddə "keçirmək” sözündən sonra ", ödənişli elektron xidmətlər göstərmək” sözləri, 3.1.10-1-ci yarımbəndə təsərrüfat cəmiyyətləri yaratmaq;” sözləri əlavə olunub.
banner

Oxşar Xəbərlər