• cümə, 29 Mart, 03:06
  • Baku Bakı 7°C

Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib

27.06.17 17:19 775
Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib
Bu gün Pekində ilk Azərbaycan-Çin dili lüğətinin təqdimatı keçirilib.
"Report" Çin KİV-inə istinadən xəbər verir ki, lüğətin müəllifi Rəşad Kərimov, Çin tərəfindən redaktoru Yu Libindir.
Rəşad Kərimov Azərbaycanda anadan olub, təhsilini isə Çində, Pekin Dil və Mədəniyyət Universitetində alıb. R.Kərimovun özünün dediyinə görə, lüğəti hazırlamaq üçün o, düz 17 il vaxt sərf edib. Müəllifin sözlərinə görə, bugünkü tədbir onun həyatında ən çox gözlənilən və xoşbəxt hadisələrdən biridir.
Tədbirdə Azərbaycan səfirliyində müvəqqəti işlər vəkili Mətin Mirzəyev, Azərbaycan-Çin Əməkdaşlığı İctimai Birliyinin vitse-prezidenti Şahmar Hacıyev çıxış edib. M.Mirzəyev qeyd edib ki, bu, R.Kərimovun müəllifi olduğu və Pekində təqdim edilən ilk kitab deyil: "Ötən il "Azərbaycanın inkişaf yolu" kitabı işıq üzü görüb və bu kitab Çinin ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Gördüyü işlərlə Rəşad Kərimov Çin auditoriyası üçün Azərbaycanı, Azərbaycan xalqı üçün isə Çini açır. Bununla da o, ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verir".
Eyni zamanda, tədbirdə Rəşad Kərimov Pekin Dil və Mədəniyyət Universitetinin ən yüksək titulu olan fəxri doktor adına layiq görülüb.
Görüşün sonunda Azərbaycan və Çin beynəlxalq mədəni birliyi əsasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb.
banner

Oxşar Xəbərlər