Hazırkı plan üzrə hərəkət edəcəklər
"Real”ın
prezidenti Florentino Peres komandasının hücumçusu Kərim Benzema barədə
danışıb.
Kaspi.az xəbər
verir ki, Peres Benzemanın oyunundan razı qaldığını etiraf edib. O, gənc
futbolçuların heyətə cəlb edilməsini və onların ulduz səviyyəsinə yüksəldilməsi
planını reallaşdıracaqlarını vurğulayıb:
"Bizim komanda
dünyanın ən yaxşısıdır. Artıq uzun illərdir
eşidirəm, deyirlər ki, bizə yeni 9 nömrə lazımdır. Ancaq etiraf etməliyik
ki, Kərim Benzema dünyanın ən yaxşı hücumçusudur.
Hazırkı plan üzrə
hərəkət edəcəyik. Gənc futbolçuları heyətə cəlb edib, onları ulduz səviyyəsinə
yüksəldəcəyik. İnanıram ki, bir neçə ildən sonra bizim gənclər "Qızıl top”a
namizəd olacaqlar.
Ən yaxşı olmaq
üçün "Real” öz tarixinə uyğun olmalıdır. Biz heç vaxt təslim olmayacağıq”.