• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Hazırkı plan üzrə hərəkət edəcəklər

12.02.19 14:30 598
Hazırkı plan üzrə hərəkət edəcəklər
"Real”ın prezidenti Florentino Peres komandasının hücumçusu Kərim Benzema barədə danışıb.
Kaspi.az xəbər verir ki, Peres Benzemanın oyunundan razı qaldığını etiraf edib. O, gənc futbolçuların heyətə cəlb edilməsini və onların ulduz səviyyəsinə yüksəldilməsi planını reallaşdıracaqlarını vurğulayıb:
"Bizim komanda dünyanın ən yaxşısıdır. Artıq uzun illərdir eşidirəm, deyirlər ki, bizə yeni 9 nömrə lazımdır. Ancaq etiraf etməliyik ki, Kərim Benzema dünyanın ən yaxşı hücumçusudur.
Hazırkı plan üzrə hərəkət edəcəyik. Gənc futbolçuları heyətə cəlb edib, onları ulduz səviyyəsinə yüksəldəcəyik. İnanıram ki, bir neçə ildən sonra bizim gənclər "Qızıl top”a namizəd olacaqlar.
Ən yaxşı olmaq üçün "Real” öz tarixinə uyğun olmalıdır. Biz heç vaxt təslim olmayacağıq”.
banner

Oxşar Xəbərlər