Hazırda klipi əsasən fotoqraflar çəkirlər - Gör-götür
"Atam sağlığında deyərdi ki, Elnaz, mənə görə qapılar sənin üçün
açıqdır. Hara getsən, işə götürəcəklər, amma istəmərəm ki, səni yola versinlər.
Deməsinlər ki, Əblucun qızıdır, yola verin gününü işdə keçirsin”. Bu sözləri
bizimlə söhbətində rejissor, tanınmış sənət adamı mərhum Həsən Əblucun qızı
Elnaz Əbluc dedi. Atası qızına həmişə lazımlı işçi olmağı məsləhət görürmüş və
zamanla o da bu cür kadr olmağa çalışıb. "Gör-götür” rubrikamızda yola verməyi
sevməyən, işdə nə isə xırda problem olanda, gecə gözünə yuxu getməyən Elnaz
xanımla həmsöhbət olduq.
- Atanız Həsən Əblucun sənətinin bir qolunu - rejissorluğu davam etdirirsiniz. Amma əvvəllər heç də bu sahəyə gəlmək istəmədiyinizi demisiniz. Kənardan necə bir sənət kimi görünürdü ki?
- Onda çox gənc idim. Yəqin ki, özümü tapmaq istəyirdim. Televiziya onda mənim üçün maraqsız idi. Mən o vaxt instituta gündüz növbəsinə qəbul olmuşdum. Sonra atam gəlib dedi ki, qiyabidə oxuyan bir oğlan xahiş edib ki, onu gündüz növbəsinə keçirək. Mənim yerimi dəyişdilər və qiyabi təhsil almağa başladım. Həmin il artıq işləmək lazım idi. Mən də Gənclər Teatrında çalışmağa başladım, həm də oxuyurdum. Mən 9-10-cu siniflərdə foto-reportyor olmaq istəyirdim. O vaxt bizdə hələ bu sahə aktual deyildi, xaricdə var idi. Nənəm həkim olmağımı istəyirdi, atam isə axıra kimi deyirdi ki, montaj daha maraqlıdır. Deyirdim ki, onu demə, televiziyanın adını çəkmə.
Jurnalist Mailə Muradxanlı ilə uşaqlıqdan ailəvi dost olmuşuq. Atam rəhmətə gedəndən sonra Mailə xanım dedi ki, Elnaz özünü radioda sınasın, alınarsa, sonra televiziyaya gəlsin. Bəlkə heç bacarmayacaq. Yəni, tanışlıqla işə düzəltmirdi, sadəcə, istiqamət verirdi. Bunu heç mən də istəməzdim. Atam sağlığında deyərdi ki, Elnaz, mənə görə qapılar sənin üçün açıqdır, hara getsən işə götürəcəklər, amma istəmərəm ki, səni yola versinlər. Deməsinlər ki, Əblucun qızıdır, yola verin gününü işdə keçirsin. Deyirdi ki, lazımlı işçi ol. Mən elə böyümüşəm ki, lazımlı olum.
- Yəni, artıq rejissor kimi başladınız...
- Azərbaycan Dövlət Televiziyasında rejissor kimi çalışmaq üçün sən orda 10 il rejissor assistenti kimi işləməliydin. Mən orda rejissor deyil, aparıcı jurnalist kimi ştatda idim. Sonra dediyim verilişi özüm sıfırdan çəkdim, montajını da etdim. Adım rejissor yazıldı. Bu işləri ABA kanalı açılanda ora göndərdik və bir aydan sonra məni işə dəvət etdilər, həm rejissor, həm aparıcı, həm də ssenarist kimi.
- İş cəhətdən aktivsiniz, amma kənardan sakit görünürsünüz, hərəkətli, işdə dinamik bir təəssürat yaratmırsınız...
- İnsan özü sevmədiyi bir sahəyə gələndə, xüsusilə bu yaradıcı istiqamətdirsə, yarı yolda qoya bilir. Amma siz sonra bu sahədə də davam etdiniz…
- İşin içinə düşəndən sonra montajı çox sevdim. Məcburən işləsəydim, 1-2 il sonra bu sahəni tərk edərdim. Amma başqa problemlərə görə hərdən sənəti dəyişmək istəyi də olur. Bir neçə il öncə şirkətlərə başqa istiqamətli iş üçün CV göndərmişəm, baxıb deyirdilər ki, siz 15 illik sənətə xətt çəkmək istəyirsiniz? Demişəm ki, bəli. Şirkətlərdə PR menecer və. s bu tipli iş olsa gedərdim.
- Fikir vermişəm ki, çox məsuliyyət tələb edən işləri sizə həvalə edirlər. Sizcə, niyə belədir?
- Belə hallar olubmu?
- Olub və mən çox pis olmuşam. İş illərlə qaldığı üçün mənim üçün də illərlə onun təsiri qalıb. Hər ona baxanda əsəbiləşirəm.
- Klipdən danışmışkən, əvvəllər sizin bu istiqamətdə işləriniz daha çox olurdu.
- Bəli, 300-ə yaxın klip çəkmişəm.
- İndi klip çəkdirən sənətçilər azdır, yoxsa siz bu sahədən bir az uzaqlaşmısınız?
- Kliplərdə süjet xəttini
də özünüz müəyyənləşdirirdiniz?
- O vaxt mənim işim belə idi ki, klip üçün müraciət edəndə yarım saata nəyi, necə və harada çəkəcəyimi deməliydim. Mənim də başım yaxşı işləyirdi. Məkanları belə o yarım saatda artıq müəyyənləşdirirdim. Öz işlərimdə həm də prodüserlik edirdim. Bir neçə dəfə Fuad Əlişov da işlərində məni prodüser kimi dəvət edib. Klip çəkiləndə hər şeyi özüm təşkil edirdim. Qrupun yeməyinə qədər özüm alırdım. İşi görəcək adamların hamısı orda olurdu, amma məndə həmişə alternativ variant olurdu ki, işçi alınmadığını deyəndə, öz variantım işə düşsün.
- Adam bəzi şeyləri görüb-götürür...
- Mən atamla özümü heç müqayisə etmirəm. Çünki müqayisə edəndə öz fəaliyyətimi çox da ciddi hesab etmirəm. Atam öz sənətilə sənətkarlıq zirvəsinə çatmışdı. Bir dəfə bir xanım rejissor mənə demişdi ki, siz gedirsiniz klip çəkirsiniz, amma mən gözləyərəm həmişə ürəyim istəyən mahnıya çəkərəm. Amma bu, məndə alınmırdı. Çünki əgər evdə xərcləri qarşılayan adam olsa, mən illərlə oturub gözləyərəm ki, istədiyim bir mahnı gələcək, ona çəkəcəm. Amma atamdan sonra ailənin məsuliyyəti mənim üstümə düşdü və oturub gözləyə bilməzdim ki, ancaq ürəyim istəyən musiqilər olanda işləyim. Bu, həm də darıxdırıcıdır, həm də öz sənətində geri qala bilərsən. Daim işlədikcə hər çəkilişdə nəsə öyrənirsən. Əgər aylarla oturub iş görmürsənsə, sən bir az da geri qalırsan. Amma mən özüm heç vaxt gedib deyə bilmərəm ki, gəl sənə klip çəkim. Həmişə gözləmişəm ki, kim məni seçər, müraciət edər, o vaxt çəkərəm.
- Yerli seriallar da çəkilir. Bu istiqamətdə təkliflər olurmu?
- Serial istəyərəm. Təklif də olub, amma müəyyən dəyərləndirmə aparıb götürməmişəm. Ayrılan maliyyə yetərli deyildi. Klipdə az heyətlə yenə idarə edə bilirsən, amma serial böyük komanda işidir. Az vəsaitə də aktyor çəkmək olar, amma bu zaman yaxşı aktyoru dəvət edə, istədiyin komandanı yığa bilməyəcəksən. Zəif işlə gözdən düşmək istəmirəm. Bu kimi şeyləri nəzərə alaraq seriallardan imtina etmişəm. Yaxşı şərait olsa, çəkərəm.
- "Lider” kanalında verilişiniz var idi, yeni mövsümdə başlamadı?
- "Gün keçdi ulduzlarla” verilişi edirdim, amma yeni mövsümdə hələ ki açılmayıb. Davam etməyi sponsorlara bağlıdır.
- İşsiz qaldığınız dövr nə qədər olub?
- İşsizlik məni daim təqib edib. Son zamanlar iş əldə etmək üçün nələrsə etməyə çalışıram. Sponsor tapım, veriliş edim. Amma həm də ürəyimcə olan kreativ bir iş istəyirəm. Həm də öz sənətimdən istifadə edim. Elə bir iş hələ ki yoxdur.
- Belə başa düşürəm ki, işlə bağlı öz kriteriyalarınız var…
- Kriteriya mənim səviyyəli iş nümayiş etdirməyimdir. Elə verilişlər var ki, rejissor kimi bacarığından istifadə edirsən. Ola bilsin ki, o dediyim sənət naminə görülən iş deyil, amma rejissorsansa, bu işi bacardığın qədər professional görməlisən. Çəkiliş meydançasında rejissor olmalıdır. Amma hər adamın rejissor ola biləcəyini də düşünmürəm. Gözəl görüntünü yaratmaq hələ rejissor olmaq demək deyil. Görüntüləri bir araya yığmaq da rejissorluq deyil. Rejissorluq başqa şeydir. Mən belə düşünürəm. Amma bizdə son illər rejissora hörmət qalmayıb. Mən işləmək istəyirəm. Qazandıqlarımı da öz əziyyətimlə əldə etmək. Milyonları versinlər ki işləmə, o həyat mənə ləzzət etməz.

Atam rəhmətə gedəndən sonra elə oldu ki, özüm televiziyaya reportyor
kimi düşdüm. Rus dilində yayımlanan "Ден” proqramında işlədim. Reportajlara
gedirdim. Ştatdan kənarları daha çox işlədirdilər, bəzən gündə iki reportaj
edirdim. Mailə xanım gördü ki, mən 7 aydır çalışıram və süjetlər hazırlayıram.
Dedi ki, Elnaz, gəl, sən bacarırsan, süjetlər hazırlayırsan. Sonra "İncəsənət”
verilişində işlədim, orda süjetlər hazırladım. Müəyyən müddət keçdikdən sonra
öz verilişimi açdım. Əvvəl jurnalist-aparıcı idim, verilişlərimdə rejissor
olurdu. Sonuncu rejissorum Aqil M Quliyev idi. O bir dəfə çəkilişə gəlmədi,
dedi ki, özün rejissor kimi getmə, səndə alınmayacaq. Dedim ki, alınacaq.
Pantomim Teatrı haqqında veriliş çəkdim, montajını da etdim. Televiziyanın
Qızıl Fonduna belə düşdü. Aqil verilişə baxdı, bəyəndi.
- Yəni, artıq rejissor kimi başladınız...
- Azərbaycan Dövlət Televiziyasında rejissor kimi çalışmaq üçün sən orda 10 il rejissor assistenti kimi işləməliydin. Mən orda rejissor deyil, aparıcı jurnalist kimi ştatda idim. Sonra dediyim verilişi özüm sıfırdan çəkdim, montajını da etdim. Adım rejissor yazıldı. Bu işləri ABA kanalı açılanda ora göndərdik və bir aydan sonra məni işə dəvət etdilər, həm rejissor, həm aparıcı, həm də ssenarist kimi.
- İş cəhətdən aktivsiniz, amma kənardan sakit görünürsünüz, hərəkətli, işdə dinamik bir təəssürat yaratmırsınız...
- Çox hərəkətli, dinamik adamam. Atam çox dinamik idi, mən də ona
oxşamışam. Atam səhər saat 6-da yuxudan durub gedib çörək növbəsinə durardı.
Bəlkə də qonşulara da çörək alardı. Qayıdanda mənə deyirdi ki, mən bazara
getdim-gəldim, amma sən hələ də yatırsan. Çox işləri atam həll etdiyi üçün
məktəbdə oxuyanda bir az passiv idim. Bir də danışmaq cəhətdən passiv idim, söz
deməyə utanırdım, fikirləşirdim ki, söz deyərlər cavab verə bilmərəm. O vaxt
Az.TV-də bir yerdə çalışdıqlarımız sonralar deyirdilər ki, sən otağa girəndə
başını salırdın aşağı, "salam”ını da eşitmirdik. Amma indi həm hərəkətli,
dinamik adamam, həm də çox danışan olmuşam (Gülür).
- İnsan özü sevmədiyi bir sahəyə gələndə, xüsusilə bu yaradıcı istiqamətdirsə, yarı yolda qoya bilir. Amma siz sonra bu sahədə də davam etdiniz…
- İşin içinə düşəndən sonra montajı çox sevdim. Məcburən işləsəydim, 1-2 il sonra bu sahəni tərk edərdim. Amma başqa problemlərə görə hərdən sənəti dəyişmək istəyi də olur. Bir neçə il öncə şirkətlərə başqa istiqamətli iş üçün CV göndərmişəm, baxıb deyirdilər ki, siz 15 illik sənətə xətt çəkmək istəyirsiniz? Demişəm ki, bəli. Şirkətlərdə PR menecer və. s bu tipli iş olsa gedərdim.
- Fikir vermişəm ki, çox məsuliyyət tələb edən işləri sizə həvalə edirlər. Sizcə, niyə belədir?
- Mən gördüyüm işlərdə
bütün prosesə nəzarət edirəm. Həmişə montajçının yanında olmuşam. "Montajçı
yığsın, axırda baxaram” kimi işləməmişəm. İndiyə qədər çəkdiyim kliplərdə
məndən narazı qalan olmayıb. Həm öz yaradıcılığımı ortaya qoyurdum, həm də
müştərinin istədiyini tutmağa çalışırdım. İş hazır olurdu, amma bilirdim ki,
montajda nə isə xırda səhv var, gecə gözümə yuxu getmirdi ki, sabah açılsaydı,
gedib onu düzəldərdik. İşdə nə isə səhv
gedəndə ürəyimə salıram, əsəbiləşirəm, yata bilmirəm. Belə olanda yanımdakılar
deyirdilər ki, heç o adam sən dediyin problemi görmür. Deyirdim yox, onu
düzəltmək lazımdır. Bunu mən özüm qəbul etmirəm. Demirəm ki, mənim bütün
işlərim mükəmməldir, səhv tapa bilərlər. O səhv efirə gedəndə mənə çox pis
təsir edir. Çalışıram ki, efirə səhv getməsin.
- Belə hallar olubmu?
- Olub və mən çox pis olmuşam. İş illərlə qaldığı üçün mənim üçün də illərlə onun təsiri qalıb. Hər ona baxanda əsəbiləşirəm.
- Klipdən danışmışkən, əvvəllər sizin bu istiqamətdə işləriniz daha çox olurdu.
- Bəli, 300-ə yaxın klip çəkmişəm.
- İndi klip çəkdirən sənətçilər azdır, yoxsa siz bu sahədən bir az uzaqlaşmısınız?
- Hazırda klipi əsasən fotoqraflar çəkirlər. Klipə indi başqa rakursdan
baxılır. Çox vəsait sərf etmədən ortaya nə isə video çıxartmaq istəyirlər.
Yəni, çox ucuz qiymətə iş görürlər. Hərdən yaxşı maliyyə ayrılan, xaricdə
çəkilən kliplər də görürük. Düzdür, təzə başlayan vaxtlarda mən də ucuz məbləğə
kliplər çəkmişəm. Amma bu məbləğ işin keyfiyyətinə təsir etməyib. O vaxt klipdə
süjet olmalıydı. Süjetli olanda klip və klipə yaxın deyirdilər. Bir neçə
məkanda müğənninin mahnını oxuduğu video halında olanda buna rolik deyirdilər.
Mən çalışırdım ki, məbləğ aşağı da olsa, keyfiyyətli iş ortaya qoyum. Hətta
deyirdilər ki, sənə bu qədər verirlər, filan məbləğlik iş təqdim edirsən, o
filan məbləği versələr, nə çəkərsən? Mən də deyirdim ki, axı orda mənim adım
yazılır. İmzasını yazmadan qazanc kimi bu işi yola verərək çəkənlər də var idi.
Ad yazmaq isə məsuliyyət idi.
- O vaxt mənim işim belə idi ki, klip üçün müraciət edəndə yarım saata nəyi, necə və harada çəkəcəyimi deməliydim. Mənim də başım yaxşı işləyirdi. Məkanları belə o yarım saatda artıq müəyyənləşdirirdim. Öz işlərimdə həm də prodüserlik edirdim. Bir neçə dəfə Fuad Əlişov da işlərində məni prodüser kimi dəvət edib. Klip çəkiləndə hər şeyi özüm təşkil edirdim. Qrupun yeməyinə qədər özüm alırdım. İşi görəcək adamların hamısı orda olurdu, amma məndə həmişə alternativ variant olurdu ki, işçi alınmadığını deyəndə, öz variantım işə düşsün.
- Adam bəzi şeyləri görüb-götürür...
- Mən atamla özümü heç müqayisə etmirəm. Çünki müqayisə edəndə öz fəaliyyətimi çox da ciddi hesab etmirəm. Atam öz sənətilə sənətkarlıq zirvəsinə çatmışdı. Bir dəfə bir xanım rejissor mənə demişdi ki, siz gedirsiniz klip çəkirsiniz, amma mən gözləyərəm həmişə ürəyim istəyən mahnıya çəkərəm. Amma bu, məndə alınmırdı. Çünki əgər evdə xərcləri qarşılayan adam olsa, mən illərlə oturub gözləyərəm ki, istədiyim bir mahnı gələcək, ona çəkəcəm. Amma atamdan sonra ailənin məsuliyyəti mənim üstümə düşdü və oturub gözləyə bilməzdim ki, ancaq ürəyim istəyən musiqilər olanda işləyim. Bu, həm də darıxdırıcıdır, həm də öz sənətində geri qala bilərsən. Daim işlədikcə hər çəkilişdə nəsə öyrənirsən. Əgər aylarla oturub iş görmürsənsə, sən bir az da geri qalırsan. Amma mən özüm heç vaxt gedib deyə bilmərəm ki, gəl sənə klip çəkim. Həmişə gözləmişəm ki, kim məni seçər, müraciət edər, o vaxt çəkərəm.
Klipləri mən işsizlikdən çəkməyə başlamışam. ABA kanalında müəllif
verilişlərim var idi, ara-sıra nə isə musiqili nömrə çəkmişəm. Amma sırf öz
verilişlərimlə məşğul idim. Verilişləri ritmlə, musiqi ilə yığırdım. Hamı
deyirdi ki, sən klip çək. Elə oldu ki, klip çəkməyə başladım. Amma o klip çəkə-çəkə
içimdə sənətimlə bağlı digər arzular da var idi. Sənədli film çəkim, daha ciddi
işlə məşğul olum. Görürsən ki, o yoxdur. Bir neçə sənədli film çəkmişəm, amma
daha çox bu işlə məşğul olmaq istəyərdim. Bütün gördüyüm işləri özüm seçməmişəm.
Məni hansısa proyektə dəvət ediblər, deyiblər ki, siz öhdəsindən gələ
bilərsiniz. İşləmək üçün götürmüşəm. Çünki mən işləməliyəm. Amma deyim ki, bir
çox arzular hələ də ürəyimdə qalıb. Amma yoxdur, indi verilişlərdə çalışıram,
hərdən özüm də aparıcılıq edirəm.

Aygün Asimqızı