• şənbə, 20 Aprel, 07:01
  • Baku Bakı 14°C

Hazırda Azərbaycanda 400 hektardan çox sahədə müasir istixana kompleksləri yaradılır

10.10.17 09:10 1217
Hazırda Azərbaycanda 400 hektardan çox sahədə müasir istixana kompleksləri yaradılır
İstixanaların salınması Azərbaycanda çox geniş vüsət alıb. Çox şadam ki, mənim çağırışım və tövsiyələrim reallaşır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz bu təşəbbüsü irəli sürəndən sonra hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Onların bir hissəsi istifadəyə verilib, böyük hissəsi isə hələ yaradılmaqdadır. İndi təsəvvür edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni istixanalar yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, bizim ixracımız daha da artacaq. Əlbəttə ki, böyük logistik mərkəzlərin yaradılması da bu potensiala uyğun şəkildə nəzərdə tutulmalıdır.
AZƏRTACxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
"Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”, - deyə dövlətimizin başçısı qeyd edib.
banner

Oxşar Xəbərlər