• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

21.02.19 15:15 616
Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Azərbaycanda fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 , gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
banner

Oxşar Xəbərlər